“Siti”də çat yaranır: Futbolçular ayrılıq haqda düşünür

· 1 mənbə

Kluba qarşı iddialar barədə xəbərlərdən sonra “Mançester Siti”də fikir ayrılığı əlamətləri ortaya çıxmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

Mənbənin məlumatına görə, Xosep Qvardiolanın rəhbərliyi altında “Siti”nin paltardəyişmə otağına xas olan birlik hissi azalmağa başlayıb. Oyunçular klub üçün nəyin təhlükədə olduğunu başa düşürlər: layihə artıq əvvəlki kimi sabit görünmür və bəziləri artıq komandadan ayrılmağı düşünürlər.

İngiltərə Premyer Liqasının 11 turundan sonra “Mançester Siti” 22 xalla turnir cədvəlində üçüncü yerdədir. Onlar növbəti oyununda (29 noyabr) “Arsenal”la qarşılaşacaqlar.

Publika.az

Mənbə: Publika.az · 27.11.2026, 10:12 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu