Təcili yardım avtomobilinin yolda xüsusi səs siqnalından istifadəsi mütləqdir? - VİDEO

· 1 mənbə

Son günlər təcili yardım avtomobillərinin siren səsi və sayrışan işıqlarından istifadəsi diqqət çəkir. Yayılan məlumatlara görə, 103 sürücülərinə hərəkət zamanı, hətta çağırışdan qayıdarkən belə siren siqnalından istifadə etmək tapşırılıb. Bəs bu, həqiqətən belədirmi? Yaxud hərəkətdə olan təcili tibbi yardım avtomobili üçün siren siqnaldan istifadə mütləq zəruridirmi?

Sürücülər deyirlər ki, təcili tibbi yardım avtomobillərinin hər dəqiqəsi xəstənin həyatı üçün həlledicidir. Bu səbəbdən də yolda tıxac olduqda, kəsişmə yerlərində, işıqforun qırmızı işığında keçmək məcburiyyəti yarandıqda sayrışan işıqları yandırmaqla siren siqnaldan istifadə edirlər. O ki, qaldı bunun sürücülərin üzərlərində tələb kimi qoyulmasına, sürücülər deyirlər ki, onsuz da bu qanunvericiliklə tənzimlənir.

Xezerxeber.az-ın məlumatına görə,

sürücülər deyirlər ki, xüsusilə yaşayış məntəqələrinin daxilində, gecə saatlarında fasiləsiz siren səsi sakinlərin rahatlığına təsir edir. Buna görə də bir dəfə istifadə etməklə bu halda xüsusən də sayrışan işıqlardan istifadə edirlər.

Sürücülərin üzərində bunun öhdəlik kimi qoyulub- qoyulmaması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik.

Mənbə: Xəzər Xəbər · 24.11.2026, 21:32 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər saytında oxu