"Telegram" "iPhone" istifadəçilərinə xəbərdarlıq bildirişləri göndərir
· 1 mənbə
“Telegram”ın qurucusu Pavel Durov “iPhone” istifadəçilərini kiberhücum təhlükəsi barədə xəbərdar edib.
Publika.az xəbər verir ki, Durov bu barədə “X” hesabında paylaşdığı açıqlamada bildirib.
Onun sözlərinə görə, köhnəlmiş iOS versiyasından istifadə edən cihazlar haker hücumlarına məruz qala bilər. Hətta zərərli saytı açmaq belə istifadəçi məlumatlarının təhlükəyə düşməsi üçün kifayət edə bilər.
“Telegram” köhnə iOS versiyalarından istifadə edən istifadəçilərə xəbərdarlıq bildirişləri göndərir və əməliyyat sistemini yeniləməyi tövsiyə edir.
Qeyd edək ki, “Apple” daha əvvəl “WebKit” brauzer mühərrikində aşkarlanan oxşar təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün yeniləmələr yayımlayıb.
Mənbə: Publika.az · 28.11.2026, 07:55 · orijinal məqalə