Tikinti şirkəti kapitalını 6 dəfədən çox azaltdı

· 1 mənbə

Azərbaycanda sənaye və mülki tikinti sahəsində fəaliyyət göstərən “Modern Construction Group” MMC nizamnamə kapitalını 1 milyon 880 min manatdan 310 min manata endirir. Təsisçilərin elanına əsasən, son azalma 1 milyon 570 min manat və ya 83,5% təşkil edir.

Banker.az xəbər verir ki, bu, şirkətin son iki ayda elan etdiyi ikinci kapital azaldılmasıdır. Sentyabrın 29-da şirkətin kapitalını 2 milyon 780 min manatdan 1 milyon 880 min manata endirdiyi açıqlanmışdı. Beləliklə, iki azalma nəticəsində kapital sentyabr dəyişikliklərindən əvvəlki səviyyə ilə müqayisədə 88,8% azalaraq 310 min manata düşəcək.

Şirkət neft-qaz, sənaye və mülki tikinti layihələri üzrə layihələndirmə, tikinti işlərinin idarə olunması və texniki nəzarət xidmətləri göstərir. Onun fəaliyyətinə quruda və dənizdə quraşdırma, avadanlığın yenilənməsi və təmir işləri də daxildir. Sənaye tikintisi və mühəndis həlləri

Şirkət 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 2025-ci il aprelin 2-də qəbul edilən qərarla qapalı səhmdar cəmiyyətindən məhdud məsuliyyətli cəmiyyətə çevrilib.

Şirkətin qanuni təmsilçisi Arif Quliyevdir.

Mənbə: Banker.az · 27.11.2026, 10:07 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu