Tramp Putini niyə "dostu" adlandırdığını açıqladı

· 1 mənbə

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putini “dost” adlandırması yalnız sülh sazişinin əldə olunmasına və Moskvanın cilovlanmasına xidmət edir. Onun sözlərinə görə, düşmənçilik ritorikası danışıqları mümkünsüz edərdi.

Bu barədə Ağ Evin rəhbəri "Truth Social" sosial şəbəkəsində yazıb.

“Biz razılaşma əldə etmək istəyirik. Kremlin qarşısını almaq istəyirik. Mən deyə bilərdim ki, o mənim dostum deyil, və ya razılaşma əldə etmək istəyirəm. Mən bu razılaşmanı əldə etməliyəm. Onlar ayda 25 min insan itirirlər”, - deyə Ağ Ev rəhbəri vurğulayıb.

Trampın fikrincə, münaqişənin həllinə mane olan əsas amil Vladimir Putinlə Volodimir Zelenski arasında dərin şəxsi antipatiyanın olmasıdır. Buna görə də Vaşinqtonun düşmən mövqeyi nümayiş etdirməsi tərəflərin kompromisə nail olmaq imkanlarını daha da azaldardı.

“Mən gəlib deyə bilərdim: “Mən sizi sevmirəm”. O zaman Zelenski ilə Putin arasında yaranan problemlə eyni vəziyyətlə üzləşərdik. Bilirsiniz, münaqişənin həllində ən böyük problem iki liderin bir-birinə həqiqətən nifrət etməsidir. Buna görə də mən ora gələndə və göründüyü kimi, onunla yaxşı münasibət quranda, bunun səbəbi onu uzun illərdir tanımağımdır”, - deyə ABŞ Prezidenti izah edib.

Mənbə: Trend · 27.11.2026, 15:38 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu