Tramp İraq hökumətinin bütün ölkəyə nəzarət planını dəstəkləyib

· 1 mənbə

ABŞ Prezidenti Donald Tramp İraq hökumətinin ölkənin bütün ərazisində dövlət nəzarətini gücləndirmək səylərini dəstəklədiyini bildirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Biz İraqın Baş naziri Əli əz-Zeydinin ölkənin bütün ərazisində dövlət nəzarətini gücləndirmək, İraq neftinin qaçaqmalçılığının qarşısını almaq, korrupsiyaya qarşı mübarizə aparmaq və bütün silahları yalnız dövlətin nəzarətinə keçirmək istiqamətində səylərini dəstəkləyirik.

Biz Baş nazir əz-Zeydinin siyasi qərarlarını müstəqil şəkildə qəbul edən, vahid, firavan və güclü İraq qurmaq səylərini dəstəkləyirik”, – ABŞ lideri qeyd edib.

Mənbə: Modern.az · 27.11.2026, 15:52 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu