Ukrayna müharibəsində həlledici mərhələ: Dönüş nöqtəsi nə vaxt olacaq?
· 1 mənbə
Ukraynada münaqişədə dönüş nöqtəsi 2027-ci ildə baş verə bilər.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, belə bir proqnozla Latviyanın prezidenti Edqars Rinkeviçs çıxış edib.
“Dönüş nöqtəsi gələn ilin yazında və ya yayında baş verə bilər”, - deyə Latviya lideri ehtimal edib.
O, eyni zamanda bildirib ki, Ukraynanın cəbhədə üzləşdiyi çətinliklərə baxmayaraq, Avropa dövlətləri hərbi, maliyyə və infrastruktur dəstəyini davam etdirməyə hazırdırlar.
Publika.az
Mənbə: Publika.az · 25.11.2026, 14:24 · orijinal məqalə