Ukraynanın altı vilayətdə elektrik enerjisi kəsilib

· 1 mənbə

Rusiya qoşunları Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirir.

Xezerxeber.az-ın məlumatına görə, energetika nazirinin birinci müavini Artyom Nekrasov brifinqdə bildirib ki, zərbələr nəticəsində altı vilayətdə elektrik enerjisinin verilişi dayandırılıb. “Son sutka ərzində Rusiya qoşunları əsas yarımstansiyalara və paylayıcı şəbəkələrə yenidən məqsədyönlü zərbələr endirib. Hücumlar nəticəsində bu səhər Dnepropetrovsk, Zaporojye, Kirovoqrad, Sumı, Xarkov və Xerson vilayətlərində abonentlərin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb”, - deyə o qeyd edib. Nekrasov Dnepropetrovsk və Xerson vilayətlərində vəziyyətin mürəkkəb olaraq qaldığını qeyd edib. Zərbələr nəticəsində həmin vilayətlərdə abonentlərin xeyli hissəsi elektrik enerjisiz qalıb. Energetiklər elektrik enerjisinin verilişini bərpa etmək üçün çalışırlar.

Mənbə: Xəzər Xəbər · 27.11.2026, 15:44 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər saytında oxu