"Vəziyyət kritik həddə çatır, Zelenski devriləcək"
· 1 mənbə
Ukrayna Prezidenti Vladimir Zelenskinin hakimiyyəti Avropa Birliyinin (AB) ayırdığı pullar tükəndikdən sonra bitəcək.
Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın köməkçisi Oleq Soskin deyib.
"Pul olmasa, Ukraynadakı rejim devriləcək. Buna heç bir şübhə yoxdur. Xilas olmaq mümkün olmayacaq. Vəziyyət kritik və son dərəcə təhlükəli həddə çatır", - Soskin əlavə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə: Milli.az · 28.11.2026, 16:13 · orijinal məqalə