Vüsalə Mahirqızının ADU-da ustad dərsi olub, tələbə radiosunda fikirlərini bölüşüb - FOTO
· 1 mənbə
"APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı Azərbaycan Dillər Universitetinin (ADU) tələbə radiosunun qonağı olub.
APA xəbər verir ki, radio proqramında ənənəvi və yeni media, jurnalistikanın müasir çağırışları, rəqəmsal medianın inkişafı və peşəkar jurnalistikanın gələcəyi barədə fikir mübadiləsi aparılıb.
Daha sonra Vüsalə Mahirqızı jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün ustad dərsi keçib.
Görüş zamanı o, peşəkar təcrübəsini tələbələrlə bölüşüb, jurnalist peşəsinin xüsusiyyətləri və müasir media mühitində tələb olunan bacarıqlardan danışıb, tələbələrin suallarını cavablandırıb.
Mənbə: APA · 27.11.2026, 13:10 · orijinal məqalə