"Yunayted"də yeni antirekord

· 1 mənbə

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında qələbəsiz oyun sayına görə antirekord müəyyənləşdirib.

Modern.az xəbər verir ki, Mançester təmsilçisi İngiltərə çempionatının XII turunda "Brentford"a 0:4 hesabı ilə böyükhesablı məğlubiyyətə uğrayıb.

Bununla da "Mançester Yunayted"in Premyer Liqada qələbəsiz oyunlar seriyası 10-a çatıb. Komanda bu müddətdə beş heç-heçə edib və beş dəfə məğlub olub. Bu göstərici klubun turnir tarixində antirekord olub.

Artıq 12 turdan sonra 8 xal toplayan "Mançester Yunayted" turnir cədvəlində 19-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, 1992-ci ildə İngiltərə Premyer Liqası təsis ediləndən bəri klub 13 dəfə ölkə çempionu olub.

Mənbə: Modern.az · 28.11.2026, 23:20 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az "Yunayted"də yeni antirekord

Modern.az saytında oxu