10 uşaq və 3 bələdçinin olduğu maşın yoxa çıxdı
· 1 mənbə
Türkiyənin Bolu vilayətində ekskursiyadan qayıdan, içərisində uşaqların olduğu nəqliyyat vasitəsi ilə əlaqə kəsilib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kocaeli Uşaq Evləri Şəhərciyində yaşayan 14–17 yaşlı 10 qız uşağı və 3 əməkdaş üçün Bolunun Yedigöller bölgəsi və Gölcük Təbiət Parkına birgünlük ekskursiya təşkil edilib.
Ekskursiyadan geri dönərkən nəqliyyat vasitəsi ilə əlaqə yaratmaq mümkün olmayıb. Bununla bağlı aidiyyəti qurumlara məlumat verilib və əraziyə axtarış-xilasetmə qrupları göndərilib.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin məlumatına görə, AFAD, Jandarma və nazirliyin əməkdaşları dronların köməyi ilə axtarış işlərini davam etdirirlər. Nazirlik əməliyyatın digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə aparıldığını bildirib.
Mənbə: Publika.az · 28.11.2026, 02:00 · orijinal məqalə