Qışda pomidor və bibər almayın: Mütəxəssislərdən xəbərdarlıq
· 1 mənbə
Qida və qidalanma mütəxəssisləri soyuq aylarda bazar və market piştaxtalarında satılan pomidor və bibərin orqanizmə fayda əvəzinə zərər verə biləcəyi barədə xəbərdarlıq ediblər. Hər məhsulun öz təbii mövsümündə yeyilməsinin vacibliyini vurğulayan ekspertlər əsl yetişmə dövrü yay olan bu tərəvəzlərin qışda yalnız qapalı istixana şəraitində yetişdirildiyini bildirirlər.
Qış aylarında günəş işığından məhrum qalan, süni istilik və müxtəlif aqrotexniki müdaxilələrlə yetişdirilən pomidorun tərkibindəki əsas faydalı maddə olan likopen və vitamin dəyərləri kəskin şəkildə azalır. Mütəxəssislər qış pomidoru yerinə yayda təbii şəraitdə yetişən pomidorlardan hazırlanmış ev konservlərindən və ya tomat pastasından istifadə etməyi tövsiyə edirlər.
İstini və günəşi sevən bütün bibər növləri (acı, şirin, dolmalıq və kapya bibərləri) qışda istixana şəraitində xəstəliklərə və zərərvericilərə qarşı daha həssas olur. Bu səbəbdən becərmə zamanı daha çox kimyəvi gübrə və pestisiddən (kənd təsərrüfatı dərmanları) istifadə edilir. Qabığı soyulmadan yeyilən bu məhsullardakı dərman qalıqları orqanizmə daxil olaraq immun sistemini zəiflədir.
Ekspertlər soyuq aylarda xəstəliklərdən qorunmaq üçün pomidor və bibər əvəzinə məhz qış mövsümünə aid olan ispanaq, kəvər soğanı (pırasa), kərəviz, brokkoli, gül kələmi, kələm, kök və turp kimi tərəvəzləri istehlak etməyi məsləhət görürlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə: Milli.az · 28.11.2026, 02:02 · orijinal məqalə