SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb

· 1 mənbə

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Oman körfəzində və Hörmüz boğazı yaxınlığında iki gəmi ilə insident baş verdiyini açıqlayıb.

APA xəbər verir ki, SEPAH-ın bəyanatında Oman ərazisindəki Xəsəb limanının girişində bir gəminin dəniz minasına düşərək partladığı, Hörmüz boğazının şərqində isə başqa bir gəmidə yanğın başladığı bildirilir.

SEPAH onu bildirib ki, hər iki gəmi naviqasiya sistemlərini söndürüb və Hörmüz boğazından icazəsiz marşrutla keçməyə cəhd göstərib.

İran tərəfi gəmilərin adlarını, hadisə nəticəsində xəsarət alanların olub-olmadığını və dəymiş ziyanın miqyasını açıqlamayıb.

Mənbə: APA · 28.11.2026, 02:14 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu