"50-100 manata diplom veririlər"
· 1 mənbə
Müğənni Əbdülxalid bəzi təşkilatların müxtəlif fəxri ad və diplomları ödəniş müqabilində təqdim etməsinə etiraz edib.
Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yayımladığı videoda "İlin yaxşı müğənnisi" və "İlin yaxşı bəstəkarı" kimi titulların verilmə prinsiplərini tənqid edib. Onun iddiasına görə, bəzi təşkilatçılar 50-100 manat qarşılığında sənət adamlarına fəxri diplomlar təqdim edirlər.
Əbdülxalid bu cür halları yolverilməz hesab etdiyini bildirərək, məsələyə aidiyyəti qurumlar tərəfindən nəzarət olunmasının vacibliyini vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə: Milli.az · 27.11.2026, 13:59 · orijinal məqalə
Bu barədə kim yazır
Milli.az
"50-100 manata diplom veririlər"