"AzRe Təkrarsığorta" maliyyə vəziyyətini açıqlayıb
· 1 mənbə
"AzRe Təkrarsığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 25,76 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,1 % çoxdur.
9 ayda "AzRe Təkrarsığorta"nın gəlirləri 95,752 milyon manat (1 il əvvələ nisbətən 42,7 % çox), xərcləri 64,241 milyon manat (38,6 % çox), mənfəət vergisi ödəmələri isə 5,751 milyon manat (55,4 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə "AzRe Təkrarsığorta"nın aktivləri 238,836 milyon manat olub ki, bu da illik müqayisədə 21,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 23,8 % artaraq 115,072 milyon manata, balans kapitalı isə 19,4 % artaraq 123,764 milyon manata çatıb.
Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 6 fiziki şəxsə - İftixar Fərəcov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev, Mehman Yusifov və Vəliəhd Səfərova məxsusdur.
"AzRe Təkrarsığorta" "Qala Həyat Sığorta" ASC-nin 50%-lik səhmdarıdır.
Mənbə: Report · 27.11.2026, 14:20 · orijinal məqalə