Qarabağ Dirçəliş Fondu sığortaçı seçir

· 1 mənbə

Qarabağ Dirçəliş Fondu 43 işçisinin könüllü tibbi və 3 nəqliyyat vasitəsinin KASKO sığortalanması üçün açıq tender elan edib.

"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 68 manatdır.

İddiaçılar təkliflərini dekabrın 18-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 84 ünvanına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 18-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi "Qala Sığorta" ASC olub. Şirkətə 21 231 manat ödənilib.

Mənbə: Report · 27.11.2026, 14:07 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu