Ağadadaş Ağayevdən nəvələrinə sərt xəbərdarlıq: Bu sənəti seçməsinlər
· 1 mənbə
Xalq artisti Ağadadaş Ağayev sənət həyatı və ailəsi ilə bağlı maraqlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində beş nəvəsinin olduğunu bildirib. O, oğlunun da gözəl səsə malik olmasına baxmayaraq, hazırda dövlət məmuru kimi çalışdığını deyib.
Sənətçinin sözlərinə görə, oğlu əvvəllər musiqi ilə məşğul olub, toylara da gedib. Lakin sonradan fərqli peşə seçərək dövlət məmuru olmaq qərarına gəlib.
Ağadadaş Ağayev övladlarının müğənnilik yolunu seçməsini istəmədiyini də etiraf edib. Buna səbəb kimi sənət yolunda qarşılaşdığı çətinlikləri göstərib. Xalq artisti nəvələrinin də bu sahəyə gəlməsinə razı olmadığını vurğulayıb:
"Nəvəmin müğənni olmasına icazə vermərəm. Ağadadaş adlı nəvəm var, onu da oxumağa qoymaram. Bir Ağadadaş var, bəsdir".(Milli.az)
Mənbə: Publika.az · 27.11.2026, 17:36 · orijinal məqalə