Antiinhisar qurumu hotel barəsində rezervasiya məsələsinə görə protokol tərtib edib
· 1 mənbə
Azərbaycanda otel fəaliyyəti göstərən “Deluxe City Hotel” MMC barədə rezervasiya zamanı istehlakçıya zəruri və düzgün məlumat verilməməsinə görə inzibati xəta protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin açıqladığı məlumata əsasən, protokol 30 oktyabr 2026-cı ildə İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsi üzrə rəsmiləşdirilib.
Bu maddə malın və ya xidmətin qiyməti, xüsusiyyətləri və şərtləri, həmçinin satıcı və ya icraçı barədə istehlakçıya zəruri və düzgün məlumatın verilməməsi ilə bağlıdır.
Xatırladaq ki, “Deluxe City Hotel” MMC-yə 14 dekabr 2017-ci ildə VÖEN verilib. Şirkətin nizamnamə kapitalı 10 manatdır.
Mənbə: Banker.az · 24.11.2026, 14:07 · orijinal məqalə