“Neftçala Balıq-Əmtəə”nin ləğvi səhmdarların müzakirəsinə çıxarılır

· 1 mənbə

“Neftçala Balıq-Əmtəə” ASC-nin səhmdarları dekabrın 28-də şirkətin ləğvi məsələsini müzakirə edəcəklər.

Banker.az xəbər verir ki,səhmdarların növbədənkənar ümumi yığıncağı 28 dekabr 2026-cı il tarixində saat 11:00-da keçiriləcək.

Gündəliyə ləğvetmə komissiyasının yaradılması və səlahiyyətlərinin müəyyənləşdirilməsi, həmçinin şirkətin idarəetmə orqanlarının səlahiyyətlərinə xitam verilməsi məsələləri daxildir.

Səhmdarlar 12 iyul 2022-ci il tarixli ümumi yığıncağın qərarlarının və həmin qərarların nəticələrinin ləğvini, eləcə də 2025-ci il üzrə illik maliyyə hesabatının təsdiqini müzakirə edəcəklər.

Səhmdarlar gündəlikdəki məsələlərə dair sənədlərlə iş günləri saat 10:00-dan 13:00-dək Neftçala rayonu, Heydər Əliyev prospekti 1 ünvanında tanış ola bilərlər.

Mənbə: Banker.az · 24.11.2026, 15:00 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu