Fərhad Əliyevin milyonluq şirkətinin əmlakı satışa çıxarılır

· 2 mənbə

Ləğv prosesində olan "Mingəçevir Texniki Rezin" ASC-yə məxsus qiymətləndirilmiş aktivlərin satışından əldə olunacaq gəlir səhmdarlar arasında payların faiz nisbətində bölüşdürüləcək.

Publika.az Ölkə.az-a istinadla xəbər verir ki, sözügedən məsələnin müzakirəsi üçün ASC-nin səhmdarları növbədənkənar toplantı keçirəcəklər.

Yığıncaqda həmçinin şirkətin səhmlərinin dövriyyədən çıxarılması və ləğvi də müzakirə ediləcək.

Şirkətin ləğvi ilə bağlı qərar cari ilin mayında ASC-nin səhmdarları tərəfindən verilib.

Qeyd edək ki, "Mingəçevir Texniki Rezin" ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əskər Hüseyn oğlu Əskərovdur. Nizamnamə kapitalı 972 min 214 manat olan ASC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Samux, ev 15-dir.

Mətbuatda "Mingəçevir Texniki Rezin" ASC-nin vaxtilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində olduğu qeyd edilir.

2001-2005-ci illərdə nazir postunu tutan F.Əliyev 2005-ci ildə həbs edilib, 2013-cü ildə isə azadlığa buraxılıb.

Mənbə: Publika.az · 24.11.2026, 14:51 · orijinal məqalə

Bu barədə kim yazır

Lent.az saytında oxu