Azərbaycanda daha 90 mənzil kirayə mexanizmi ilə satışa çıxarılır
· 2 mənbə
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara daha 90 tam təmirli mənzil təqdim edəcək. Xezerxeber.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb. Mənzillərdən 31-i Bakının Binəqədi rayonu, Cəfər Xəndan küçəsində, 31-i Sumqayıt şəhəri, Sülh prospektində, 28-i isə Abşeron rayonunun Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış komplekslərindədir. Təqdim edilən mənzillər 1, 2 və 3 otaqlıdır. Aylıq ödənişlər 445 manatdan başlayır.
Mənbə: Xəzər Xəbər · 24.11.2026, 16:54 · orijinal məqalə