Şəmkirdə kəndin mərkəzində qonur ayı göründü
· 1 mənbə
Şəmkir rayonunun Keçili kəndinin mərkəzində qonur ayı görünüb.
Oxu.Az-ın məlumatına görə, ayı kəndin klub kimi tanınan ərazisində sakinlər tərəfindən müşahidə edilib. Sakinlər ayının görüntüsünü lentə alıblar.
Onların sözlərinə görə, ayı səs-küydən sonra ərazidən uzaqlaşıb.
Yusuf Məmmədli
Mənbə: Oxu.az · 26.11.2026, 23:36 · orijinal məqalə