Bakıda çayxanada dava
· 1 mənbə
Bakıda qətl hadisəsi olub.
“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Sabunçu rayonu ərazisində baş verib.
Rayon ərazisindəki çay evlərinin birində yaranan mübahisə zamanı 20 yaşlı Həşimov Sabit Sadiq oğlu və Nural Bünyadlı bir-birini bıçaqlayıb. Nəticədə ağır xəsarətlər alan Sabit Həşimov ölüb.
Məlumata görə, hadisə zamanı onları aralamaq istəyən daha bir nəfər də bıçaq xəsarətləri alıb. Həmin şəxs və N. Bünyadlı xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo · 27.11.2026, 23:38 · orijinal məqalə
Bu barədə kim yazır
Qafqazinfo
Bakıda çayxanada dava