FSB yüksək rütbəli rus hərbçisinə qarşı sui-qəsdin qarşısını alıb
· 1 mənbə
FSB Rusiyanın işğalı altında olan Donetskdə yüksək rütbəli rus hərbçisinə qarşı sui-qəsdin qarşısını alıb və Ukrayna kəşfiyyat xidmətlərinə çalışan 29 yaşlı rus qadınısaxlayıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Agentliyin məlumatına görə, sui-qəsdə hazırlıq məqsədilə üç “Baba-yaqa” dronu yerləşdirib, onların hamısı vurulub.
“Volnovaxa sakini Ukrayna kəşfiyyat rəsmiləri ilə “Telegram” vasitəsilə əlaqə quraraq onlara Rusiya Silahlı Qüvvələrinin bölmələrinin yerləşmə yerləri barədə məlumat verib. Rəhbərlərinin təlimatlarına əməl edən qadın Donetskə köçüb və orada təhlükəsizlik agentliyinin əməkdaşını evində izləyib, onun hərəkətləri və nəqliyyat vasitələri barədə məlumatları “WhatsApp” vasitəsilə Ukrayna tərəfinə ötürüb.
Ukrayna xüsusi xidmət orqanlarının əlbir olan şəxs Rusiya FSB əməkdaşları tərəfindən saxlanılıb, dövlətə xəyanətdə ittiham olunub və həbs edilib”, - FSB-nin məlumatında deyilir.
Müəllif: Tural
Mənbə: Publika.az · 27.11.2026, 12:30 · orijinal məqalə