PSJ yeni formasını təqdim etdi

· 1 mənbə

Fransanın PSJ klubu 2026/2027-ci illər mövsümü üçün nəzərdə tutulan üçüncü formasını ictimaiyyətə təqdim edib.

Milli.Az xəbər verir ki, Paris təmsilçisi 2018-ci ildən bəri ənənəvi olaraq hər mövsüm olduğu kimi, yeni formanı bu dəfə də "Jordan Brand" ilə əməkdaşlıq çərçivəsində hazırlayıb. Formanın təqdimatı bu gün keçirilib.

Xarici mənbələrin yaydığı məlumata görə, PSJ UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Roma" ilə qarşılaşmada yeni geyim dəstində meydana çıxa bilər. Bununla belə, klub hələlik bu xəbəri rəsmi şəkildə təsdiqləməyib.

Yeni formanın təqdimatı Abidjan, Dakar, Kasablanka və Paris şəhərlərini əhatə edən mədəni layihə ilə müşayiət olunur. Layihənin Parisdəki mərhələsinin noyabrın 25-də keçirilməsi planlaşdırılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Mənbə: Milli.az · 24.11.2026, 15:49 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az PSJ yeni formasını təqdim etdi

Milli.az saytında oxu