“Bayern”in ulduzu məktəbi bitirmək istəmirmiş: Çox ağıllı deyiləm

· 1 mənbə

“Bayern”in yarımmüdafiəçisi Lennart Karl futbolçu olmasaydı nə işlə məşğul ola biləcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, Karl “Bild”ə verdiyi müsahibədə bu haqda danışıb:

“Məni tanıyırsan: həmişə hər kəslə dürüstəm və ürəyimin dediyini deyirəm. Mənim “B” planım yox idi, sadəcə “A” planım var idi. Valideynlərim mənə məktəbi bitirməli olduğumu dedilər.

Cavab verdim ki, istəmirəm! Hər gün bir fikirlə oyanırdım: futbol oynamaq istəyirəm. Başqa nə edə biləcəyimi təsəvvür edə bilmirəm. Etiraf etməliyəm ki, çox ağıllı insan deyiləm (gülür). Xoşbəxtlikdən, futbolla hər şey yoluna düşdü”.

Publika.az

Mənbə: Publika.az · 24.11.2026, 15:24 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu