Böyük Britaniya sualtı qayıqların texniki xidmətinə 11,4 milyard dollar ayıracaq

· 1 mənbə

Böyük Britaniya hökuməti sualtı qayıqlara texniki xidmət sisteminin təkmilləşdirilməsi üçün "Babcock" müdafiə sənayesi şirkəti ilə 8,7 milyard funt sterlinq (11,4 milyard dollar) məbləğində müqavilə bağlayıb.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Bildirilib ki, saziş şirkətin tarixində ən böyük müqavilə olub.

Böyük Britaniya Müdafiə Nazirliyindən qeyd edilib ki, investisiyalar sualtı qayıqlara texniki xidmət müddətini qısaltmağa, onların yenidən xidmətə qayıtmasını sürətləndirməyə və ölkənin nüvə çəkindirmə potensialını gücləndirməyə imkan verəcək.

Müdafiə idarəsinin rəhbəri Ues Stritinq bəyan edib ki, digər idarələrə ayrılmış vəsaitlərin yenidən bölüşdürülməsi tələb olunsa belə, hökumət nüvə çəkindirmə potensialının inkişafına və ölkənin döyüş hazırlığının artırılmasına prioritet diqqət yetirmək niyyətindədir.

"Babcock"un bəyanatına görə, beşillik müqavilənin həyata keçirilməsi təxminən 3 min iş yerinin, həmçinin təcrübəçilər və ali təhsil müəssisələrinin məzunları üçün təxminən 2,5 min yerin yaradılmasına imkan verəcək.

Müqavilənin bağlanması barədə xəbər fonunda "Babcock"un London Fond Birjasındakı səhmləri 6,99 % artıb.

Mənbə: Report · 26.11.2026, 22:48 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu