"Brent" markalı neftin qiyməti 90 dollardan aşağı düşüb
· 1 mənbə
Bakı. Trend:
Bu gün axşam saatlarında neftin qiymətində ucuzlaşma daha da sürətlənib.
Treyderlər Yaxın Şərq ölkələrindən tədarükün artması, eləcə də regionda gəmilərə və neft infrastrukturuna hücumlar barədə məlumatlar fonunda bazarda tələb və təklif balansını qiymətləndirirlər.
Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti Bakı vaxtı ilə 18:23-ə olan məlumata görə, bir barel üçün 89,34 ABŞ dolları təşkil edib. Bu, əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 3,23 dollar (3,49%) azdır.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin yanvar fyuçersləri isə həmin vaxtadək 2,78 dollar (3,33%) ucuzlaşaraq bir barel üçün 80,63 dollara enib.
Mənbə: Trend · 23.11.2026, 21:29 · orijinal məqalə