Bu xəstəliyin yayılması dekabrda pik həddə çatacaq
· 1 mənbə
Dekabrın ortalarında Rusiyada KRVİ-yə (Kəskin respirator virus infeksiyaları) yoluxma halları pik həddə çatacaq.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt Denis Prokofyev “Sputnik” radiosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə ən geniş yayılan infeksiya KRVİ-dir. COVID-19-a yoluxma səviyyəsi aşağıdır, qripin A və B ştammlarının yayılmasında isə artım qeydə alınmır.
Həkim qeyd edib ki, hazırda daha çox virus-bakterial infeksiyalar yayılır. Virusun təsiri nəticəsində immunitet zəifləyir. Bu isə sinusit, faringit və bronxit kimi xəstəliklərin yaranmasına səbəb ola bilər.
Qeyd edək ki, həkimlər KRVİ-dən qorunmaq üçün gigiyena qaydalarına əməl etməyi, xüsusilə küçədən və ictimai nəqliyyatdan istifadə etdikdən sonra əlləri mütəmadi yumağı tövsiyə edirlər.
Müəllif: Roza
Mənbə: Publika.az · 25.11.2026, 17:30 · orijinal məqalə