NATO-nun müharibə planı ilə bağlı şok açıqlama: Artıq gecdir
· 1 mənbə
Finlandiyalı professor Tomas Malinen NATO-nun baş katibi Mark Rüttenin “müharibəyə hazırlıq” barədə bəyanatını tənqid edib.
Publika.az xəbər verir ki, Malinen “X” sosial şəbəkəsindəki paylaşımında “Düşünmürəm ki, bu müharibəni artıq dayandırmaq mümkündür. İndi Avropa əhalisini bu müharibə ilə barışmağa hazırlamaqdan başqa yol qalmayıb”, - deyə bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Andrey Krasov NATO-nun baş katibi Mark Rüttenin müharibəyə hazırlaşmaq çağırışının Avropa ölkələrindəki daxili problemləri gizlətmək məqsədi daşıdığını bəyan edib.
Müəllif: Valeh
Mənbə: Publika.az · 25.11.2026, 17:48 · orijinal məqalə