Lukaşenko Belarusun növbəti liderinin kim olacağını açıqladı

· 1 mənbə

Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanın növbəti liderinin kim olacağını açıqlayıb.

Milli.Az xəbər verir ki, o, bunu Fransanın "Le Point" jurnalına verdiyi müsahibədə deyib.

"Xalq kimi seçirsə, o da rəhbərlik edəcək. Sizə söz verirəm. Əgər hökumətimizdəki dəyişikliyə həqiqətən narahatsınızsa, xalq 90-cı illərdəki kimi onu seçəcək. 1994-cü ildə hakimiyyətə gələndə heç nəyi saxtalaşdırdığımı deyə bilməzsiniz. Xalq məni seçdi. Orada olan hökuməti rədd edərək məni seçdilər", - o, qeyd edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Mənbə: Milli.az · 25.11.2026, 17:46 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az saytında oxu