Çayxanada mübahisə qanlı sonluqla bitdi - VİDEO

· 1 mənbə

Çay evində dava qanla sonlandı.

Xezerxeber.az xəbər verir ki, bıçaqlanma nəticəsində1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Məlumatlara görə, çay evində bir qrup şəxs arasında mübahisə yaranıb. Dava sonunda 2 nəfər bir-birini bıçaqlayıb. Bıçaqlananlardan biri, 20 yaşlı gənc vəfat edib.

Bıçaqlanan digər şəxsin Nural Bünyadlı olduğu bildirilir. Məlumatlara əsasən, mübahisə zamanı onları aralamaq istəyən daha bir nəfər də bıçaq xəsarətləri alıb. Nural Bünyadlı və digər yaralı şəxs xəstəxanaya yerləşdirilib.

Mənbə: Xəzər Xəbər · 27.11.2026, 21:10 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər Çayxanada mübahisə qanlı sonluqla bitdi - VİDEO

Xəzər Xəbər saytında oxu