Daha bir Ukrayna klubu "Qarabağ"ın futbolçusuna elçi düşüb - Foto

· 2 mənbə

"Qarabağ"ın yarımmüdafiəçisi Aleksey Kaşuk daha bir Ukrayna klubunun maraq dairəsinə düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ukrayna Premyer Liqasının təmsilçisi "Xarkov" klubu 26 yaşlı vingeri heyətinə qatmaq istəyir.

Məlumata görə, klub Kaşukun transferi ilə maraqlansa da, futbolçunun "Qarabağ"dakı maliyyə şərtləri keçidə maneə yaradır. Belə ki, ukraynalı futbolçu Ağdam təmsilçisindəki maaşından razıdır və ölkəsinin klubları ona eyni məbləği təklif etməkdə çətinlik çəkirlər.

Xatırladaq ki, Jitomirin "Polesye" klubu da 26 yaşlı vingeri heyətinə qatmaq istəyir. Klub Kaşuku uzun müddətdir izləyir. "Polesye" ötən yay da futbolçunun transferini nəzərdən keçirmişdi.

Qeyd edək ki, Aleksey Kaşuk cari mövsümdə "Qarabağ"ın heyətində 19 oyun keçirib, beş qol vurub və bir məhsuldar ötürmə verib. O, noyabrda Ukrayna millisində debüt edib. Futbolçunun Ağdam klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: Milli.az · 26.11.2026, 23:31 · orijinal məqalə

Bu barədə kim yazır

Oxu.az saytında oxu