Dayandırmaq olmaz: Professor Rusiya-Avropa müharibəsinin qaçılmaz olduğunu bildirdi
· 1 mənbə
NATO-nun baş katibi Mark Ruttenin hazırlığından bəhs etdiyi müharibə artıq dayandırıla bilməz.
Publika.az xəbər verir ki, bunu finlandiyalı professor Tomas Malinen bildirib.
Onun fikrincə, indi qalan tək şey Avropa əhalisini hazırlamaqdır. Professor sosial mediada avropalıların "bununla necə barışmalı" olduqlarını müzakirə edib.
Bundan əvvəl NATO-nun baş katibi blok dövlətlərini yalnız hərbçiləri deyil, həm də adi insanları mümkün müharibəyə hazırlamağa çağırmışdı.
Son illərdə Rusiya alyansın qərb sərhədləri boyunca görünməmiş fəaliyyəti qeyd edib. Rusiya hakimiyyəti dəfələrlə alyansın Avropa ölkələrində qüvvələrin artırılması ilə bağlı narahatlıqlarını bildirib. Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, hücum halında Rusiya təcavüzü dəf etmək üçün bütün qüvvələrini və resurslarını səfərbər etməyə məcbur olacaq.
Müəllif: Tural
Mənbə: Publika.az · 25.11.2026, 09:18 · orijinal məqalə