Dövlət Agentliyi: 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
· 1 mənbə
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb.
"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev Bakıda keçirilən "Qeyri-qida istehlak mallarının təhlükəsizliyi" adlı tədbirdə deyib.
O xatırladıb ki, ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində milli texniki reqlamentlərin qəbulu nəzərdə tutulub. Texniki reqlament layihələrinin 7-ni bilavasitə Agentlik aidiyyəti dövlət qurumları ilə birlikdə hazırlayıb.
Mənbə: Report · 26.11.2026, 11:28 · orijinal məqalə