Gürcüstanın ən çox qoyun satdığı ölkə Azərbaycandır - Rəqəm açıqlandı

· 1 mənbə

2026-cı ilin yanvar-oktyabr aylarında Gürcüstandan 234 min baş qoyun ixrac edilib. İxracın ümumi dəyəri 31,8 milyon dollar təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə qoyun ixracının həcmi 8 faiz və ya 17 min baş artıb. İxracın dəyəri isə 40 faiz, başqa sözlə, 9 milyon dollar yüksəlib.

Gürcüstan qoyunlarını ümumilikdə 7 ölkəyə satır. Əsas ixrac bazarı Azərbaycan olub. Belə ki, ümumi ixracın 46 faizi Azərbaycanın payına düşüb.

İkinci yerdə 26 faizlə Səudiyyə Ərəbistanı, üçüncü yerdə isə 13 faizlə İraq qərarlaşıb.

Mənbə: Modern.az · 26.11.2026, 11:38 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu