Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib
· 2 mənbə
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Tennis Akademiyasındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA, Azərbaycan Minifutbol Federasiyasının (AMF) rəhbərliyi, eləcə də müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak ediblər.
İlk olaraq iştirakçı komandalar meydana dəvət olunublar. Ardınca Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Fərid Qayıbov yarışın beşinci dəfə təşkil edildiyini xatırladıb:
"Hər bir iştirakçı quruma təşəkkür edirəm. Oyunlar gərgin mübarizə şəraitində keçir. Hər dəfə olduğu kimi yenə maraqlı mübarizə olacaq. Bu turnir idmanın kütləviliyi üçün çox vacibdir".
AMF-nin icraçı vitse-prezidenti Taleh Nəsibov iştirakçılara uğurlar arzulayıb:
"Azərbaycanda minifutbola xüsusi diqqət göstərilir. Minifutbol millimiz bu il tarixində ikinci dəfə Avropa çempionu oldu. Hər turnir bu idman növünün inkişafına təkan verir. Yarışa qatılan qurumlara minnət. Sizin burada iştirakınız birlik nümunəsidir".
Açılış mərasimi bədii hissə ilə davam edib, ardınca turnirin ilk oyunu start götürəcək.
Qeyd edək ki, 40 dövlət qurumunun qatıldığı yarış 2027-ci ilin mayında başa çatacaq.
Qalereya
Mənbə: Baku.ws · 28.11.2026, 15:15 · orijinal məqalə