İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir

· 2 mənbə

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V minifutbol turniri əsl idman bayramıdır.

"Report"un məlumatına görə, bu barədə turnirin açılış mərasimində iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən yarış Azərbaycan idmanının gələcəyinə böyük xidmət göstərir:

"Gənclər və İdman Nazirliyinin beşinci dəfə təşkil etdiyi bu yarış həm də idmanın kütləviləşməsinə böyük töhfə verir. Bu il ilk dəfədir Azərbaycan Elmlər Akademiyası da turnirdə təmsil olunur. Yarışda AMEA-nı institutlar arasında keçirilən yarışın qalibi olan gənc alimlər təmsil edəcəklər".

Mənbə: Report · 28.11.2026, 15:49 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu