Keyni İkardi əvəzləyir?

· 1 mənbə

“Bayern Münhen” hücum xəttində yaranan problemi həll etmək üçün sabiq “Qalatasaray”lı Mauro İkardini transfer etməyi nəzərdən keçirir.

Publika.az-ın Almaniyanın “Bild” nəşrinə istinadən yaydığı məlumata görə, Harri Keynin zədələnməsindən sonra hücumçu axtarışına çıxan Münhen klubu argentinalı futbolçunun xidmətində maraqlıdır.

Hazırda azad agent statusunda olan İkardi Almaniya təmsilçisi üçün sərfəli variant hesab edilir. Bildirilir ki, “Bayern” qış transfer pəncərəsində yüksək məbləğ xərcləmək istəmir və mövsümün sonuna qədər qısamüddətli müqavilə imzalamaq variantını dəyərləndirir.

“Bild”in əməkdaşı Niko Vetter argentinalı hücumçunun “Qalatasaray”da məhdud sayda oyunda əsas heyətdə yer almasına baxmayaraq, 12 çempionat matçında 14 qol vurduğuna diqqət çəkib. Onun fikrincə, İkardinin mövsümün sonuna qədər transferi “Bayern” üçün az riskli addım ola bilər.

Almaniya klubu daha əvvəl də oxşar transfer strategiyasından yararlanıb. Belə ki, 2020-ci ildə Erik Maksim Çupo-Motinq azad agent kimi komandaya qoşulmuş və sonradan faydalı transferə çevrilmişdi.

İtaliyanın “Calciomercato” nəşri də Keynin zədəsindən sonra İkardinin “Bayern”in transfer gündəminə düşdüyünü yazıb.

Qeyd edək ki, Mauro İkardi “Qalatasaray”da dörd mövsüm ərzində 134 rəsmi matçda meydana çıxıb. Argentinalı futbolçu bu görüşlərdə 77 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Publika.az · 28.11.2026, 15:30 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az Keyni İkardi əvəzləyir?

Publika.az saytında oxu