Əmtəə bazarlarında qızıl və gümüş daha da ucuzlaşıb
· 1 mənbə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.
“APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin dəyəri 0,49% azalaraq 3 573,6 dollarına bərabər olub.
“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 0,62% azalaraq 41 dollar təşkil edib.
Mənbə: APA · 25.11.2026, 09:24 · orijinal məqalə