Əraqçi: İsrail ABŞ-ni yeni bir müharibəyə sürükləyir

· 1 mənbə

İranı kimyəvi silah hazırlamaqda və onları əczaçılıq fabriklərində gizlətməkdə günahlandıran İsrail ABŞ-ni yeni bir müharibəyə cəlb etməyə çalışır.

Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Bu müharibəni qızışdıran İsrail İranı — Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısı, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) üzvü və Qərbi Almaniyanın Səddam Hüseyn rejiminə verdiyi kimyəvi silahların qurbanını — utanmadan bu cür alçaq silahları hazırlamaqda və əczaçılıq fabriklərində gizlətməkdə ittiham edir. Məqsəd aydındır. ABŞ-ni yeni bir müharibə sürükləmək", - deyə Əraqçi qeyd edib.

Əraqçinin sözlərinə görə, İsrail nüvə, kimyəvi və ya bioloji silahları qadağan edən heç bir konvensiyaya qoşulmayıb, yüzlərlə nüvə başlığına malikdir, regiondakı yeddi ölkəyə hücum edib və onlardan üçünün ərazisini işğal edib. Nazir vurğulayıb ki, İsrail son bir ildə ABŞ-ni İrana qarşı iki uğursuz müharibəyə sürükləyib.

Çərşənbə axşamı İsrailin müdafiə naziri İsrael Katz İranın kimyəvi silahlar üzərində işlədiyini və bunun qarşısını alacağına söz verdiyini bildirib.

Mənbə: Modern.az · 26.11.2026, 00:35 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu