Misirdə yanacaqdaşıyan avtomobil partlayıb, 30 nəfər ölüb
· 2 mənbə
Misirin paytaxtı Qahirədə yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində 30 nəfər ölüb, daha 15 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hadisə Giza vilayətinin Əl-Varrak rayonunda dairəvi avtomobil yolunda baş verib.
Yerli medianın məlumatına görə, partlayışdan sonra baş verən yanğın nəticəsində daha bir neçə avtomobilə ziyan dəyib.
Mənbə: APA · 26.11.2026, 00:40 · orijinal məqalə