Kuşner: Ukrayna münaqişəsinin nizamlanması üçün iki ssenari nəzərdən keçirilir

· 1 mənbə

ABŞ Ukraynada münaqişənin nizamlanması ilə bağlı Rusiya ilə iki mümkün ssenarini müzakirə edir.

APA xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner bildirib.

Onun sözlərinə görə, birinci variant hərbi əməliyyatların dondurulmasını və sonradan sülh sazişinin imzalanmasını, ikinci variant isə Kiyevin NATO-ya üzvlük müqabilində bütün Donbasdan imtina etməsini nəzərdə tutur.

Kuşner birinci variantı daha real hesab etdiyini, lakin danışıqların uğursuzluqla nəticələnə biləcəyini də istisna etmədiyini bildirib.

Mənbə: APA · 26.11.2026, 00:37 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu