“Qəhrəmancasına, gözəl anlar yaşadılar, bizə çətinlik yaşatdılar”
· 1 mənbə
Çempionlar Liqasının Liqa mərhələsində “Barselona” səfərdə təmsilçimiz “Sabah”ı 4:1 hesabı ilə məğlub edib.
“Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Barselona”nın baş məşqçisi Hans Flik matç haqda fikirlərini bildirib:
“Təbii ki, bu cür oyunlar futbolçular üçün çətin olur. Birinci hissədə 70 faiz topa sahib idik. Qoldan məmnun qalmadım. Çox asan qol buraxdıq, ciddi səhv etdik. Nəticədə üç xal qazandıq, bizim üçün vacib xaldır. İkinci hissədə daha intensiv oyun getdi. Əlimizdən gələni etdik ki, hesabı qoruyaq”.
- Oyunçuların performansından razı qaldınız?
- Yaxşı oynadılar. Birinci hissədən sonra dəyişikliklər etdim. Bəzi oyunçuları fasilədən sonra çıxardıq. 45 dəqiqə oynayanlar o demək deyil ki, pis idi. Sadəcə istədik ki, digər oyunçulara da şans verək. Nəzarət bizdə idi. Məmnunuq.
- Aleks Baldenin durumu necədir? “Sabah”a qarşı oyunundan razı qaldınız?
- Nə baş verdiyini tam bilmirik. Ümid edirik ki, yaxşı olacaq. Oyunu da yaxşı keçirdi. Bu oyunda bir az-az vaxt keçirdi. Amma ümumi olaraq yaxşı hesab etmək olar.
- Qabriel Xesusun “Sabah”a qarşı performansını necə dəyərləndirirsiz? Ona daha çox şans vermək istəyərdiniz?
- Bu, asan deyil. Rafinya da var. O da daha çox oynamaq istəyir. Qabriel elə oyunçudur ki, məşqlərdə özünü yaxşı göstərir, oyuna fokuslanır. Həmişə oyunlara pozitiv yanaşır, Bakıya gələndə onunla danışdım. Bilmirəm bu, ona necə təsir göstərdi.
- Daha az oynayanlar “Sabah”a qarşı çətinlik çəkdilər?
- Əlbəttə, asan deyil onlar üçün. Oyun çətin keçdi. Onların meydanda az olması onlara mənfi tərəfdən təsir göstərmədi. Onların oyunundan razı qaldım. İkinci hissədə oyuna daha çox nəzarət etdik, daha çox qol vurduq, intensivlik daha yüksək idi. Üç xaldan məmnunam, səfərdə qalib gəldik. Kiməsə normal gələ bilər, amma qələbə heç vaxt asan deyil.
- Öz təcrübənizi bölüşə bilərsiniz? ÇL-də ən uzun səyahətiniz oldu. Bu proses necə keçdi?
- Açığı, çox şeyin şahidi olmadıq. Mükəmməl hoteldə qaldıq. İnsanlar çox qonaqpərvər və mehribandırlar. Çox gəzmək imkanımız olmadı. Buradakı atmosferdən razıyam. Azərbaycana ilk səfərim deyil, milli ilə gəlmişəm, bura 4-cü səfərimdir. Səhv etmirəmsə, 17 yaşlıların turniri üçün gəlmişəm bura. İnkişaf var, inqilabi dəyişikliklər hiss etdim, Bakı şəhəri gözəlləşir. “Sabah” özü də ÇL-də oynayır, bu turnir dünyadakı ən yaxşı turnirdir. “Sabah”ın baş məşqçisinin fəlsəfəsi aydındır, qəhrəmancasına, gözəl anlar yaşadılar. Bizə çətinlik yaşatdılar. Üç xal üçün razıyam. “Sabah”a uğurlar arzulayıram. Çox vacibdir ki, həmişə inkişaf olsun. Burada inkişaf olduğunu fikirləşirəm.
Mənbə: Qafqazinfo · 26.11.2026, 00:42 · orijinal məqalə