Hamilə məhbus həbsxana avtomobilini ələ keçirərək qaçdı

· 1 mənbə

ABŞ-ın Nyu-Meksiko ştatında 26 yaşlı hamilə məhbus Rebekka Teylor həbsxanadan qaçıb.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, hadisə Teylor hamiləliyi ilə əlaqədar həkim müayinəsinə aparıldıqdan sonra həbsxana avtomobili ilə geri qaytarılarkən baş verib. Məlumata görə, nəzarətçilər yemək almaq üçün dayandıqda o, avtomobilin idarəetməsini ələ keçirərək hadisə yerindən uzaqlaşıb.

Nyu-Meksiko Cəzaçəkmə Müəssisələri İdarəsi avtomobilin və məhbus geyiminin sonradan tapıldığını, lakin Teylorun hələ də axtarışda olduğunu açıqlayıb. Teylor oğurluq və qanunsuz mülkə daxilolma kimi ittihamlar əsasında həbsdə olub.

Qeyd olunub ki, hamiləliyinin son mərhələsində olduğu üçün Teylor avtomobildə olarkən əlləri bağlanmayıb.

Müəllif: Roza

Mənbə: Publika.az · 27.11.2026, 17:24 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu