İran səfiri Küveyt XİN-ə çağırılıb

· 2 mənbə

Küveyt Xarici İşlər Nazirliyi ölkədə iki İtaliya vətəndaşının ölümü ilə nəticələnən pilotsuz uçuş aparatı (PUA) hücumundan sonra İranın səfiri Məhəmməd Totoncinini çağıraraq ona etiraz notası təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə “Al-Arabiya” məlumat yayıb.

Noyabrın 26-da Küveytdə hava hücumundan müdafiə sisteminin yerləşdiyi mühüm obyektə edilən hücum zamanı Almaniyanın “Rheinmetall” şirkətində çalışan iki italiyalı texnik həlak olub, Küveyt və Pakistan vətəndaşları yaralanıb.

Küveyt hücuma görə məsuliyyəti İranın üzərinə qoyub. Tehran isə ittihamları rədd edərək hadisənin araşdırılmasında Küveyt və İtaliya ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Mənbə: Publika.az · 27.11.2026, 21:13 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az İran səfiri Küveyt XİN-ə çağırıldı

Report saytında oxu