“Kainat gözəli 2026”nın qalibi bəlli oldu - FOTOLAR

· 1 mənbə

Puerto-Riko təmsilçisi Cennifer Barreto “Kainat gözəli 2026” (“Miss Universe”) beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

Modern.az müsabiqəni canlı yayımlayan “Telemundo” telekanalına istinadən xəbər verir ki, 75-ci müsabiqənin finalı noyabrın 24-də Puerto-Rikonun paytaxtı San-Xuanda keçirilib. Müsabiqədə müxtəlif ölkə və ərazilərdən 116 iştirakçı yarışıb.

Tacı 27 yaşlı Barretaya ötən ilin qalibi, meksikalı Fatima Boş təqdim edib. Barreto bu titulu qazanan altıncı Puerto-Riko təmsilçisidir.

Mənbə: Modern.az · 25.11.2026, 10:07 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu