Qarabağ qazisi faciəvi şəkildə öldü
· 2 mənbə
Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Nağıyev Məhəmməd Böyükağa oğlu yaşadığı evin həyətində yerləşən su quyusuna düşərək boğulub.
Meyit Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, M.Nağıyev Birinci Qarabağ Müharibəsi iştirakçısı olub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Publika.az · 25.11.2026, 09:30 · orijinal məqalə
Bu barədə kim yazır
Qafqazinfo
Qarabağ qazisi faciəvi şəkildə öldü
Publika.az
Qarabağ qazisi faciəvi şəkildə öldü