Mərkəzi Bank şirkətin ödəniş xidmətləri üzrə lisenziyası genişləndirib
· 1 mənbə
Azərbaycanda “Epoint” əmtəə nişanı altında fəaliyyət göstərən “Global İnnovations” MMC-nin ödəniş xidmətləri üzrə lisenziyasının əhatə dairəsi genişləndirilib.
Banker.az xəbər verir ki, indiyədək yalnız ödəniş əməliyyatlarının ekvayrinqi üzrə lisenziyaya malik olan şirkətə əlavə dörd istiqamətdə ödəniş xidmətləri göstərmək hüququ verilib.
Beləliklə, şirkət ödəniş əməliyyatının ekvayrinqi; pul köçürməsi; kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası; ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti; hesab üzrə məlumat xidməti kimi fəaliyyət sahələrini əhatə edə biləcək.
Bununla da şirkətin lisenziyasına daxil olan fəaliyyət növlərinin sayı birdən beşə yüksəlib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı “Global İnnovations” MMC-yə 24 iyul 2024-cü il tarixində ÖT-002 nömrəli lisenziya verib.
Şirkətə Eynar Abdullayev rəhbərlik edir.
Mənbə: Banker.az · 25.11.2026, 10:06 · orijinal məqalə